Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Farer adalarına qarşı keçirəcəyi səfər oyununun hakim təyinatlarında dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, əlavə köməkçi hakimlərdən biri - Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Maraqlıdı ki, AFFA-nın rəsmi saytında bu oyunun hakim təyinatları ilə bağlı xəbərdə də Bezborodovun adı göstərilib.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki “Torsvollur” stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Baş hakim: Aleksey Yeskov
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov
Dördüncü hakim: Valeri Dançenko
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hamısı Rusiya).