Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Sabah-2” – “Kəpəz” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Keşlə-2” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub eyni zamanda, 800 manat cərimə olunub.
“Zaqatala” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.