“Kəpəz” Türkiyə klubları ilə qarşılaşa bilər: Baş konsuldan ideya

14:39 10 Oktyabr 2018

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu yöndə maraqlı təkliflə çıxış edib.

 

Sportarena.az xəbər verir ki, o, Gəncənin "Kəpəz” futbol klubu ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması fikrini irəli sürüb. Zəki Öztürk Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşündə bu haqda deyib. Baş konsul bildirib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrin inkişafına xidmət edə bilər.

 

Zəki Öztürkü dinləyək: “İdman sahəsində gənclər arasında əlaqələrin genişləndirilməsi üçün Türkiyədən bir klubla “Kəpəz” komandası arasında qardaşlıq matçının keçirilməsi bizi çox sevindirəcək. Bunun həyata keçməsi üçün çalışacağıq. Təbii ki, könlümüz böyük klublardan birinin buraya gəlməsini istəyir (gülür). Amma indi alınarmı, bilmirəm. Bununla belə ilk mərhələdə Gəncə klubu ilə Türkiyənin qardaşlaşmış şəhərlərindən birinin komandasının qarşılaşması daha uyğun olar. Bu istiqamətdə işlər görəcəyik”.

 

Qeyd edək ki, Gəncə Türkiyənin iki şəhəri ilə qardaşlaşıb. Nizami yurdunun Bursa və Əskişəhərlə belə münasibətləri var.


Digər xəbərlər

Xəbər xətti