Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirəcək. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olacaq. Qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edəcək. Həmin görüş də eyni saatda start götürəcək.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan 0:3
Qol: Riçard Almeyda, 27, 85 (pen), Dmitri Nazarov, 67
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu