Futbolçu karyerasını bitirən ingiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri məşqçiliyə başlayıb.
Sportrena.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu "Aston Villa”ya köməkçi-məşqçi təyin olunub. O, yeni baş məşqçi təyin olunan Din Smitin köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, ötən mövsüm "Aston Villa”nın heyətində keçirən Terri 36 oyunda iştirak edib və 1 qol vurub.