Futbol üzrə UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudu. 30 yaşlı futbolçu keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə 3-cüdü. Onun hesabında 201 ötürmə var. İkinci pillədə isə İspaniya yığmasının müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.
Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının 3-cü turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.