Yığmamızdan “Neftçi” ilə heç-heçə

11:27 13 Oktyabr 2018

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz Birinci Divizionun 7-ci turunda qarşılaşacağı "Sumqayıt-2” ilə oyuna hazırlaşan “Neftçi-2” ilə üz-üzə gəlib.

 

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

U-19-un heyətində Murad Mahmudov dubl edib. Mahmud Qurbanovun çalışdırdığı paytaxt təmsilçisinin heyətində isə Muxtar Əliyev və Pilağa Mehdiyev fərqlənib.


Digər xəbərlər

Xəbər xətti