Fransa millisinin keçmiş hücumçusu Tyerri Anrinin “Monako”nun “sükanı arxasına” gözlənilən keçidi nəhayət rəsmiləşib.
Sportarena.az “knyazlıq klubu”nun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Anri ilə 3 illik müqavilə imzalayıb. 41 yaşlı mütəxəssis bu postda Leonardo Jardimi əvəz edib. Anri peşəkar futbola məhz “Monako”da başlayıb.
Keçmiş hücumçu “Monako”dan əvvəl Belçika millisində Roberto Martinesin köməkçisi kimi çalışırdı