Futbol üzrə UEFA Millətlər Liqasında 3-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, üçüncü oyun günündə 9 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında 4 oyun keçirilib. Gözlənilməz nəticələrdən biri Ermənistan - Cəbəllütariq matçında qeydə alınıb. Qonaq komanda bu görüşdən qalib ayrılmaqla rəsmi turnirlərdə ilk qələbəsini rəsmiləşdirib.
A Liqasında bir görüş olub. Son dünya çempionatında uğursuzluq yaşayan Almaniya Hollandiya ilə qarşılaşıb. Hollandlar bu matçda darmadağına seviniblər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
13 oktyabr
A Liqası
1-ci qrup
Hollandiya - Almaniya 3:0
Qol: Van Deyk, 30. Depay, 87. Veynaldum, 90.
B Liqası
1-ci qrup
Slovakiya - Çexiya 1:2
Qol: Hamşik, 62 - Krmençik, 52. Şik, 76.
4-cü qrup
İrlandiya - Danimarka 0:0
C Liqası
3-cü qrup
Norveç - Sloveniya 1:0
Qol: Selnaes, 45.
Bolqarıstan - Kipr 2:1
Qol: Despodov, 59. Nedelyov, 68 - Kastanos, 41.
D Liqası
1-ci qrup
Gürcüstan - Andorra 3:0
Qol: Kazaşvili, 33; 84. Kankava, 90.
Latviya - Qazaxıstan 1:1
Qol: Karasauskas, 40 - Zaynutdinov, 16.
4-cü qrup
Ermənistan - Cəbəllütariq 0:1
Qol: Çipolina, 50-pen.
Makedoniya - Lixtenşteyn 4:1
Qol: Traykovski, 10; 30. Pandev, 36. Alioski, 67 - S.Yıldız, 37.