Futbol üzrə UEFA Millətlər Liqasında 4-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma keçirilib.
Günün maraqla gözlənilən qarşılaşması A Liqasında keçirilib. Son dünya çempionu Fransa Almaniyanı qəbul edib. Almaniya məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcəkdi. Bu üzdən də matç başlayan kimi irəli atılan bundestim erkən qolla hesabı açıb. Amma qalan dəqiqələrdə iki qol vuran fransızlar əzmkar qələbəyə seviniblər.
B Liqasında Ukrayna Çexiya ilə, İrlandiya isə Uelslə qarşılaşıb. Ukrayna evdə, Uels isə səfərdə minimal hesabla qələbə qazanıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
16 oktyabr
A Liqası
1-ci qrup
Fransa - Almaniya 2:1
Qol: Qrizmann, 62; 80-pen – Kroos, 14-pen.
B Liqası
1-ci qrup
Ukrayna - Çexiya 1:0
Qol: Malinovski, 43.
4-cü qrup
İrlandiya - Uels 0:1
Qol: H.Uilson, 58.
C Liqası
3-cü qrup
Norveç - Bolqarıstan 1:0
Qol: M.Elyunussi, 31.
Sloveniya - Kipr 1:1
Qol: Skubiç, 83 - Papulis, 37.
D Liqası
1-ci qrup
Qazaxıstan - Andorra 4:0
Qol: Seyidaxmet, 21. Turisbek, 39. Y.Qomes, 61-öz qapısına. Murtazayev, 74.
Latviya - Gürcüstan 0:3
Qol: Kankava, 8. Qviliya, 29. Çaxvetadze, 61.
4-cü qrup
Ermənistan - Makedoniya 4:0
Qol: Pitselli, 12. Movsisyan, 67. Qazaryan, 81. Mxitaryan, 90.
Cəbəllütariq - Lixtenşteyn 2:1
Qol: Kabrera, 61. Çipolina, 66 - Salanoviç, 15.