Fəhminlə Qismətdən Norveçlə heç-heçəyə şərh

12:58 17 Oktyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Fəhmin Muradbəyli ilə Qismət Alıyev AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirdikləri səfər oyununu şərh ediblər.

 

Sportarena.az xəbər verir ki, onlar 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyiblər:

 

Fəhmin Muradbəyli: “Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.

 

Qismət Alıyev: “Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdı”.


Digər xəbərlər

Xəbər xətti