“Başakşehir” klubunun və Türkiyə milli komandasının futbolçusu Arda Turanın Fətullahçı Terror Təşkilatı (FETÖ) işi ilə əlaqədar dindirildiyi məlum olub.
Sportarena.az xəbər verir ki, FETÖ-nün futbol şəbəkəsi ilə bağlı istintaq prosesində dindirilən futbolçular arasında Arda Turan da var.
Məlumata görə, tanınmış futbolçular Emre Belözoğlu, Arda Turan, Okan Buruk, “Antalyaspor” klubunun baş məşqçisi Bülent Korkmaz İstanbul prokurorluğunda “FETÖ-yə üzv olmaq”, “Terror təşkilatına bilərəkdən yardım etmək” maddələri üzrə dindirilib.