Futbol üzrə Litva çempionatında 21-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” səfərdə “Jalgiris”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Kamranla Tural bu görüşün iştirakçısı olmayıb. Onların hər ikisi oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.