Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiyada növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" Rusiya kuboku çərçivəsində "Luç"u ilə qarşılaşıb.
Görüş Sankt-Peterburq təmsilçisinin üstünlüyü ilə keçib. 3 hissə edən görüşdə Səmədova və rəfiqələri quru hesablı (3:0 (25:18, 25:15, 25:18)) qələbəyə seviniblər.