Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas Obuda" 3-cü tur çərçivəsində "Fatum Nyiregyhaza" klubunun qonağı olub. Səfərdə baş tutan görüş "Vasas"ın üstünlüyü ilə keçib. 3 hissə davam edən qarşılaşmada Ayşən və rəfiqələri sevinən tərəf olublar - 3:0 (25:19, 29:27, 25:19).
Qeyd edək ki, 3 oyun keçirən "Vasas"ın 7 xalı var.