Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub.
“Şüvəlan” - “Zaqatala” və “Kəpəz” - “Keşlə-2” oyunlarında qalib müəyyənləşməyib.
“Turan Tovuz” “Sabah”ın əvəzedicilərini məğlub yola salıb.
“Neftçi”nin əvəzediciləri “Sumqayıt-2” ilə oyundan məğlub ayrılıbsa, “Qarabağ-2” də “Ağsu”ya uduzub.
Birinci Divizion
7-ci tur
19 oktyabr
Şüvəlan - Zaqatala 1:1
Qol: Akif Tağıyev, 75 - Roini İsmayılov, 46.
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Elgün Hüseynov.
“AZAL Arena”.
Kəpəz - Keşlə-2 0:0
Hakimlər: Xəlil Xəlilov, Samir Ələsov, Elmin Süleymanov, Kərim Kərimov.
Gəncə şəhər stadionu.
Turan Tovuz - Sabah-2 2:1
Qol: Məzahir Əhmədov, 9. Seymur Tağıyev, 21 - Samir Seyidov, 90.
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Elxan Əsgərzadə, Vüsal Əliyev.
Tovuz şəhər stadionu.
Sumqayıt-2 - Neftçi-2 2:0
Qol: Elvin Nəsibov, 45; 54.
Hakimlər: Nahid Xasıyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Ağsu - Qarabağ-2 2:1
Qol: Elnur Səmədov, 16-pen; 51 - İbrahim Əliyev, 4.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı.
Ağsu şəhər stadionu.
Turun digər oyunları: Zirə-2 - Qaradağ Lökbatan 2:0, Səbail-2 - MOİK 1:3.