Bundesliqada bu mövsüm ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.
Sportarena.az xəbər verir ki, dünən 8-ci turun “Fortuna” ilə oyununda (7:1) penta-trik edən “Ayntraxt”ın hücumçusu Luka Yoviç 8 qolla bombardirlər yarısışnda zirvəyə yüksəlib. 20 yaşlı serbiyalıya qədər sıralamaya ehtiyatında 6 qol olan Dortmund “Borussiya”sının forvardı Pako Alkaser başçılıq edirdi.
Qeyd edək ki, Yoviç ötən mövsüm Bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurmuşdu. Bu mövsüm isə 8 tura həmin nəticəni təkrarlayıb.