Qadın voleybolçular arasında Dünya Çempionatının bürünc mükafatçısı bəlli olub.
Sportarena.az xəbər verir ki, Yaponiyada təşkil olunan yarışda 3-cü yer uğrunda Niderland və Çin kollektivləri üz-üzə gəliblər.Görüş ehtimal olunduğu kimi gərgin keçməyib. Son Avropa Çempionatının gümüş mükafatçısı bu oyunda rəqibə ciddi müqavimət göstərə bilməyib. 3 set davam edən qarşılaşmada Asiya təmsilçisi qələbə qazanıb. Bununla da, Çin yığması 2018-ci il Dünya Çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, dünya çempionunun adı bu gün bəlli olacaq. Bir qədər sonra baş tutacaq finalda Serbiya və İtaliya üz-üzə gələcəklər.
DÇ, qadınlar
3-cü yer uğrunda
Niderland - Çin 0:3 (22:25, 19:25, 14:25)