Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" – “Vorskla” (Ukrayna) oyununa hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matçı İsrail Futbol Federasiyasından Roi Reynshreyber idarə edəcək. Ona həmyerliləri Danni Krasikou və David Elias Bitton köməklik edəcək. Dördüncü hakim funksiyasını Amihay Yehoşua Mozes yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alon Yefet, Daniel Bar Natan olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – “Vorskla” görüşü oktyabrın 25-də, saat 20:55-də başlayacaq.