Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Onlardan daha biri – Mərziyyə Məhərrəmova yaşı 23-ə qədər olan gənclərin 48 kq çəki dərəcəsindəki mübarizə aparıb. O, birdən qaldırma hərəkətində 67 kq-ı ram edib və bu hərəkətdə 6-cı olub. Təkanla qaldırma hərəkətində atletimiz 81 kq-la 7-ci yeri tutub.
Toplam 148 kq (67+81) nəticə ilə yekun sıralamada 7-ci pillədə qərarlaşıb.