Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" doğma meydanda "Jaszbereny VT" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. 3 hissə dava edən görüşdə Ayşən və rəfiqləri çətinlik çəkmədən qələbə qazanıblar - 3:0 (25:13, 25:11, 25:19).
Komandasının aktivinə 3 xal yazdırdığı bu oyunda millimizin üzvü qonaqları 5 dəfə məyus edib.