Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Həsənova Fransa çempionatında mübarizəyə başlayıb.
Sportarena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Volero Le Cannet" 1-ci tur çərçivəsində "Chamalieres" klubu ilə qarşılaşıb. Doğma meydanda baş tutan görüş "Le Cannet" üçün uğurusuz alınıb. 4 hissə davam edən oyunda meydan sahibləri 1:3 (20:25, 23:25, 25:13, 25:27) hesabı ilə uduzblar.
Komandasının xalsız qaldığı qarşılaşmada Həsənova qonaqları 3 dəfə məyus edib. Görüşdə əvəzləmə ilə oynayan voleybolçumuz xalların hamısını hücumda qazanıb