Çexiya - Azərbaycan oyununa hakim təyinatı

16:09 24 Oktyabr 2018

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda II turun təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin Çexiya ilə oyununun hakimləri bəlli olub. Oktyabrın 26-da keçiriləcək görüşü slovakiyalı Boris Marhefka idarə edəcək. Onun köməkçiləri həmyerlisi Tomas Vorellə albaniyalı Elis Pulay olacaq. Dördüncü hakim funksiyasını digər alban Florian Lata yerinə yetirəcək.

 

Qeyd edək ki, Albaniyanın Luşnya şəhərində keçiriləcək görüş oktyabrın 26-da Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti