İngiltərənin “Çelsi” klubu futbolçusu Markos Alonsonun müqaviləsinin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, İspaniyalı müdafiəçi 2023-cü ilə qədər "zadəganlar"ın şərəfini qoruyacaq. Onun əvvəlki müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulmuşdu. 27 yaşlı futbolçu 2016-cı ildə "Fiorentina" klubundan "Çelsi"yə transfer edilib.
Alonso cari mövsümdə Premyer Liqada 9 qarşılaşmada iştirak edib. İspan müdafiəçi bu oyunlarda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.