Federasiya rəhbərliyi bürünc medalçı ilə görüşdü

21:40 24 Oktyabr 2018

Argentinada keçirilən Yay Olimpiya Oyunlarna yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Gənc Olimpiyaçılarımız artıq vətənə qayıdıb. Olimpiayada da uğura imza atan təmsilçilərimiz arasında yarışın bürünc medalçısı Cavad Ağayev də yer alıb.

 
Bu gün Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbər heyəti Cavad Ağayevi və onunla birlikdə bu medalı qazanmaqda böyük əməyi olan gənc milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayevi, böyük məşqçi Zahid Məmmədovu təbrik edib. Görüşdə ATF-nın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, eləcə də milli komandaların rəisi Bəxtiyar Mirzəliyev, idarə heyətinin üzvü Vüqar Məmmədov iştirak edib. Oyunlarda Cavadın çıxışlarını müsbət dəyərləndirərək gələcək yarışlarda da ondan uğur gözlədiklərini bildirən Nağı Səfərov və Niyaməddin Paşayev idmançımıza müvəfəqiyyətlər arzulayıb. Baş məşqçi Məmməd Abdullayev yaradılan şəraitə və dəstəyə görə federasiya rəhbərliyinə öz minnətdarlığını bildirib.


Digər xəbərlər

Xəbər xətti