ÇL-də 3-cü turun ən yaxşısı adına namizədlər açıqlandı - FOTO

16:02 25 Oktyabr 2018

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və qoluna namizədlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ÇL-də 3-cü turun matçlarından sonra ən yaxşı oyunçu adına Edin Dzeko (“Roma”), Məhəmməd Salah (“Liverpul”), David Silva (“Mançester Siti”) və Aşraf Hakimi (“Borussiya”, Dortmund) iddia edir. Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Anxel Di Maria (PSJ), Marselo (“Real”), Bernardo Silva (“Mançester Siti”) və Lorenso İnsinyenin ("Napoli") qollarıdı.

 

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti