Millimiz uduzsa da, baş məşqçi razı qaldı

18:50 25 Oktyabr 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yoxlama oyununda Bolqarıstana 1:2 hesabı ilə uduzduğunu xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, U-19-un baş məşqçisi Vüqar Məmməd oyunla bağlı AFFA-nın saytına fikirlərini bildirib: “Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq. Məğlubiyyətə layiq deyildik. Komanda 10 oyun idi uduzmurdu. Bəlkə də hesabın belə olması xeyrimizədir. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odur ki, komandamız güclü Bolqarıstan yığmasından heç bir komponentdə geri qalmadı. Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan yığması kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ oyunlarına yönəldəcəyik. Həmin vaxt “Qəbələ” ilə Çempionlar Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaqlar”.


Digər xəbərlər

Xəbər xətti