Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar. “Maşinsazi” səfərdə “Nassaji Mazandaran” ilə qarşılaşıb və heç-heçəyə razılaşıb - 0:0. Təbrizin daha məşhur “Traktorsazi” klubu isə doğma meydanda “Sepidrud Rəşt” ilə üz-üzə gəlib. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 2:1.
10 turdan sonra 16 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.