Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Olena Həsənova Fransa çempionatında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Volero Le Cannet" 2-ci tur çərçivəsində "Venelles" klubu ilə qarşılaşıb. Görüş gərginliyi ilə yadda qalıb. 5 set davam edən oyunda Olena və rəfiqələri sevinən tərəf olublar - 3:2 (17:25, 25:18, 25:18, 20:25, 19:17).
Komandasının 2 xal qazandığı bu görüşdə voleybolçumuz rəqibi 19 dəfə məyus edib.