Hücumçumuz komandasının qələbə qazandığı oyunun ən yaxşısı oldu

18:33 28 Oktyabr 2018

Voleybolçu qadınlar arasında Rumıniya çempionatı start götürüb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Yekaterina Jidkovanın şərəfini qoruduğu "Alba Blaj" 1-ci turda "CSU Belar Gelari" klubu ilə qarşılaşıb. Oyun Jidkova və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən görüşdə "Alba" quru hesablı qələbəyə sevini - 3:0 (25:8, 25:14, 25:19).

 

Komandasının 3 xal qazandığı oyunda hücumçumuz 14 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Millimizin üzvü bu xallardan 12-ni hücumda, 2-ni isə blokda qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti