Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0. Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Aleksandriya” geridə qalan turlarda topladığı 26 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.