Elvin Mürsəliyev DÇ-də 7-ci oldu

17:00 29 Oktyabr 2018

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.

 

Sportarena.az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib. Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz oktyabrın 28-də təsəlliverici görüşə çıxacaq. Rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub. Hakimlərin mübahisəli qərarları nəticəsində təmsilçimiz məğlub olub və dünya çempionatını 7-ci yerdə bitirib.

 

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

 

77 kq

Təsəlliverici görüş - Elvin Mürsəliyev - Viktor Nemets (SRB) 1:5

1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (RUS) 0:3

1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (USA) 6:2

1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (POL) 9:0

 

97 kq

1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (FRA) 0:4

 

130 kq

Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (UKR) 2:5

 


Digər xəbərlər

Xəbər xətti