Qadın voleybolçular arasında İtaliya çempionatında ilk turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Odina Əliyevanın formasını geyindiyi Chieri" 1-ci turda "İl Bisonte" ilə üz-üzə gəlib. Səfərdə baş tutan görüş hücumçumuzun komandası üçün uğursuz alınıb. Qonaqlar ilk iki setdə rəqibə ciddi müqavimət göstərsələr də, meydan sahibləri üstünlüyü əldən verməyiblər. 3 hissə davam edən qarşılaşmada "Chieri" quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3 (23:25, 25:27, 20:25).
Millimizin kapitanı komandasının xalsız qaldığı bu görüşdə meydana çıxamayıb.