Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

17:49 30 Oktyabr 2018

Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymarın cangüdəni Nordin Taleb nokautla uduzub.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı idmançı UFC "Fight Night 138" yarışı çərçivəsində keçirdiyi döyüşdə britaniyalı Şon Striklendə məğlub olub. Rəqibin yerdə ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. Talebin görüşü davam etdirmək tələbi qəbul olunmayıb və nokaut qeydə alınıb.

 

"Bəli, rəqib məni yaxaladı. Amma duruş gətirmişdim və hesab edirəm ki, döyüş lazım olan vaxtdan tez dayandırıldı. Təslim olmamışdım, davam etməyə hazır idim. Başqa döyüşçülərin oxşar vəziyyətlərdə olduqlarını görmüşük, lakin onların görüşləri dayandırılmayıb. Peşəkar döyüşlər üçün peşəkar hakimlər lazımdır", - Taleb "Twitter" hesabında yazıb.

 

Qeyd edək ki, Neymar Nordin Talebi avqustda özünə cangüdən götürüb. Lakin həmin vaxtdan UFC-də iki döyüşdə uduzan fransalı idmançının karyerasının başa çatma ehtimalı var.


Digər xəbərlər

Xəbər xətti