Yığma komandamız dünya çempionatında iştirak edəcək

17:06 31 Oktyabr 2018

1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

 

Sizi komandanın heyəti ilə tanış edirik:

 

Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi – 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi – 73 kq), Kənan Əliquliyev (81 kq), Tarmenxan Babayev (89 kq).


Digər xəbərlər

Xəbər xətti