Futbol üzrə İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Trelleborq” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kalmar” hazırda 33 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.