Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz gəlir gətirməyən oyunların onların marağında olmadığını bildirib.
Abdel-Əziz Həbibin titul qazanmaq üçün potensial döyüşçülərlə rinqə çıxmasını istəmədiyini deyib: “Həbib dünya ulduzudur. O. Putinlə, Ərdoğanla görüşdü. Askren və Vudli kimi döyüşçülərin heç biri Həbibə çata bilməz. Məni döyüşlər yox, 50-100 min dollarlar maraqlandırır. Askrenlə Vudli isə 100 min dollar qazandırmayacaq”.