Millimizin üzvü Macarıstan kubokunda növbəti mərhələyə yüksəldi

13:00 1 Noyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanda növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" bu dəfə Macarıstan kuboku uğrunda yarışıb. Təcrübəli voleybolçumuzun komandası 1/8 final mərhələsində "TFSE" klubu ilə cavab qarşılaşmasına çıxıb. Doğma meydanda baş tutan görüş Ayşən və rəfiqələri üçün uğurlu alınıb. 3  hissə davam edən matçda meydan sahibləri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:10, 25:12, 25:8). Bununla da, "Vasas" Macarıstan kubokunun 1/4 finalına vəsiqə qazazıb.

 

Komandasının çətinlik çəkmədən mərhələ adladığı bu görüşdə yığmamızın üzvü 13 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub.


Digər xəbərlər

Xəbər xətti