Futzal üzrə Yüksək Liqada keçirilən 7-ci turun “Neftçi” İK – “Yasamal” FK oyunu birincilər üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, matçı qalib başa vuran “Neftçi” Yüksək Liqada 150-ci uğurunu yaşayıb.
11 mövsümdü Yüksək Liqada mübarizə aparan paytaxt klubu indiyə qədər 217 oyun keçirib. “Yasamal”la matça qədər 149 qələbə sevinci yaşayan İlqar Aslanovun yetirmələri yubileyini qeyd edib.