Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Vinçentso Yakinta həbs olunub.
Sportarena.az xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb.
Yakintanın atası da cinayətkar dəstə ilə əlaqələrinə görə 19 il müddətinə həbs edilib.
Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.