Voleybolçu qadınlar arasında İtaliya çempionatında növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın formasını geyindiyi "Pomi" 2-ci tur çərçivəsində "Bergamo" ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun Polina və rəfiqələri üçün uğurlu alınıb. 3 hissə davam edən matçda hücumçumuzun komandası quru hesablı qələbəyə sevinib - 3:0 (25:19, 25:21, 25:23).
"Pomi"nin aktivinə ilk xalları yazdırdığı oyunun ən məhsulda voleybolçusu millimizin üzvü olub. Rəhimova qonaqları 18 dəfə məyus edib. Hesabında 3 xalı olan komanda turnir cədvəlində 8-ci yerə yüksəlib.