Kapitanımızın 15 xalı komandasına kömək olmadı

11:35 2 Noyabr 2018

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın komandası İtaliya birinciliyində növbəti oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu "Chieri" 2-ci turda "Cuneo" klubunu qəbul edib. Görüş meydan sahibləri üçün yaxşı keçməyib. Oyun kifayət qədər gərgin başlayıb. 36 xaladək davam edən bu setdə "Chieri"  qələbəni son anda əldən verib. Odina və rəfiqələri 3-cü hissədə qələbə qazansalar da, qonaq komanda üstünlüyünü əldən verməyib. 4 hissə davam edən matçda kapitanımızın komandası 1:3 (34:36, 20:25, 25:11, 17:25) hesabı ilə məğlub olub. Heç bir xalı olmayan komanda hazırda turnir cədvəlində 12-ci pillədədir.

 

"Chieri"nin növbəti dəfə uduzduğu görüşdə Odina 15 dəfə fərqlənib. 

 


Digər xəbərlər

Xəbər xətti