AFFA növbəti dəfə maliyyə çatışmazlığı ilə üzləşib.
Sportarena.az xəbər verir ki, federasiya SOCAR vasitəsilə həyatda saxladığı I Divizion klublarına ödəmə etməyə vəsait tapmır. Artıq 2 aydı ki, aşağı dəstədəki əyalət təmsilçilərinə maaş verilmir. Sonuncu belə köçürmə avqustda olub.
Əməkhaqqının gecikməsindən narahat olan məşqçilərə AFFA-dan deyilib ki, neft şirkəti qeyri-müəyyən səbəbdən hesaba pul yatırmır və bu problemin nə vaxt çözüləcəyi bilinmir. (sportinfo.az)