Millimizin oyununun vaxtı və yeri açıqlandı

15:01 2 Noyabr 2018

21 yaşadək futbolçulardan ibarət millimizin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bosniya və Heseqovina Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Görüş Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Xatırladaq ki, Rəşad Sadıqovun komandası noyabrın 15-də daha bir yoxlama matçı keçirəcək. Gənclərimiz saat 20:00-da, "Dalğa Arena"da Ukrayna ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti