Yüksək Liqanın cari mövsümünün başa çatan 1-ci dörvəsində 15000-ci qol vurulub.
Sportarena.az xəbər verir ki, 7-ci tura qədər ümumilikdə 14995 dəfə qapı torları silkələnmişdi. Bu turun “Liman” – “Xəzər Cənub” duelində vurulan 5-ci qol 15000-ci olub. Qolun müəllifi “Xəzər Cənub”un irnalı legioneri Farid Mazahevi olub. Onun 16:16-da vurduğu qol tarixə düşüb.
Qeyd edək ki, ilk çempionat 1993-cü ildə keçirilib.