Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (Worrld Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olan həmyerlimiz Fariz Məmmədov erməni əsilli rusiyalı boksçu, orta çəki dərəcəsində WBA versiyası üzrə dünya çempionu David Avanesyan rinqdə qarşılaşa bilərlər.
Maraqlı olacağı əvvəlcədən bəlli olan bu döyüş təklifi RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov tərəfindən verilib.
Sportarena.az xəbər verir ki, üst-üstə 10 il peşəkar boksdan uzaq düşən, 3 il əvvəl WBCA və WBF versiyaları üzrə çempion olan F.Məmmədov elə o vaxtdan peşəkar boksla vidalaşıb. Amma buna baxmayaraq, o, A.Titovun təklifinə bir şərtlə razılıq verib: "Döyüş İrəvanda olsun!". F.Məmmədov A.Titova bildirib ki, görüşün İrəvanda keçirilməsi üçün Ermənistan dövlətinin razılığını alsınlar."