Kapitanımız yenə məyus oldu

16:42 5 Noyabr 2018

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Odina Əliyeva İtaliyada növbəti oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu "Chieri" doğma meydanda "Scandicci" klubunu qəbul edib. Görüşdə qonaqların üstünlüyü ilə keçib. 3 set davam etmiş matçda Odina və rəfiqələri quru hesablı məğlubiyyətlə üzləşiblər - 0:3 (17:25, 16:25, 19:25). 

 

Komandasının xalsız qaldığı oyunda Odina Əliyeva 4 dəfə fərqlənib. 

 


Digər xəbərlər

Xəbər xətti