“Neftçi”nin keçmiş prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Hüseynzadə Avroliqanın 4-cü turunda J qrupunun “Krasnodar” (Rusiya) - “Standard” (Belçika) matçında UEFA nümayəndəsi kimi iştirak edəcək. Bu barədə məlumatı UEFA-nın saytı verib. Oyunu isə Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək.
Noyabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.