"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Klaude Le Roy Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Əlcəzairlə oyun üçün 27 yaşlı yarımmüdafiəçini milliyə dəvət edib. Oyun noyabrın 16-da keçiriləcək.
Atakora 2011-ci ildən Toqo millisinə dəvət alır.