"Qalatasaray" və "Borussiya" uduzdu, "Tottenhem"dən qələbə - YENİLƏNİB

01:50 7 Noyabr 2018

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə Almaniyanın "Şalke" klubu ilə qarşılaşacaq. Bu komandalar arasında Türkiyədə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Turun maraqla gözlənilən oyunlarından biri İtaliyada olacaq. "İnter""Barselona"nı qəbul edəcək.  Səfərdə 0:2 hesabı ilə uduzan "İnter" doğma meydanda yaxşı nəticə əldə etməyə çalışacaq.

 

İtaliyada keçirləcək daha bir matçda "Napoli" PSJ-i qəbul edəcək. Bu komandalar arasında Fransada oynanılan matçda qalib müəyyənləşməyib -2:2.

 

A qrupu

21:55.Monako" (Fransa) - "Brügge" (Belçika) 0:4

Qollar: Vanaken, 12; 17-pen. Uesli, 24. Vormer, 85.

 

00:00.Aletiko" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) 2:0

Qollar: Saul Niqyez, 33, Qrizman, 80


B qrupu

00:00."İnter" (İtaliya) - "Barselona" (İspaniya) 1:1

Qollar: Malkom, 83, Mario İkardi, 87

 

00:00."Tottenhem" (İngiltərə) - PSV (Eyndhoven, Hollandiya) 2:1

Qol: Luuk de yonq, 2, Harri Keyn, 73, 89

 

C qrupu

21:55."Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) 2:0

Qollar: Pavkov, 22; 29.

 

00:00. "Napoli" (İtaliya) - PSJ (Fransa) 1:1

Qol: Bernat, 45, İnsinye, 63 (pen)

 

D qrupu

00:00."Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) 2:0

Qollar: Burqştaller, 4, Mark Ut, 57

 

00:00."Portu" (Portuqaliya) - "Lokomotiv" (Moskva, Rusiya) 3:1

Qollar: Herrera, 2, Mareqa, 42, Korona, 67, Farfan, 59


Digər xəbərlər

Xəbər xətti